!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türk Dövlətləri Təşkilatının Qazaxıstanla bağlı iclası başladı

Reklam: High Technic

Türk Dövlətləri Təşkilatına (TDT) müddətli sədrlik edən Türkiyənin təklifi ilə TDT Xarici İşlər Nazirləri Şurasının təşkilata üzv və müşahidəçi ölkələrin iştirakı ilə növbədənkənar iclası başlayıb.

Yenicag.az-ın məlumatına görə, iclasda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

Qazaxıstanda baş verən iğtişaşlarda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Türk Dövlətləri Təşkilatı Katibliyinin məlumatına görə, Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov, Türkmənistanın Baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev toplantıda iştirak edirlər.

Digər çıxışlardan sonra iclas Nazir Mövlud Çavuşoğlu yekun nitq söyləyəcək.

www.yenicag.az

110
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100