!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk Dünyası Bakı Atatürk Liseyinin məzuniyyət mərasimi keçirildi - FOTO / VİDEO

!Reklam – Yazi

İyunun 7-də Şəhriyar adına Mədəniyyət Mərkəzində Türk Dünyası Bakı Atatürk Liseyinin məzuniyyət mərasimi təşkil edilib.

Yenicag.az xəbər verir ki,  tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganər, ŞKTC Məclisinin sədri Zorlu Törə, Milli Məclisin deputatları Jalə Əliyeva və Sadiq Qurbanov, Türk Dünyası Araşdırmaları Vəqfinin sədri professor Közhan Yazqan, Bakı Atatürk Liseyinin müəllim və şagird heyəti, liseydə təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsinin anılması və Azərbaycanla Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən ŞKTC Məclisinin Məclisinin sədri Zorlu Törə Türk Dünyası Bakı Atatürk Liseyində təhsil alan və məzun olan şagirdləri təbrik edib, gənclərin Azərbaycan və Türkiyə münasibətlərində oynayacaqları roldan danışıb.

Tədbirdə bu ilin məzunları olan şagirdlər musiqili kompozisiyalar ilə çıxış ediblər.

Qeyd edək ki, Türk Dünyası Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) təsisçiliyi və Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 1992-ci ildə açılıb.

Samir Məcidov 

www.yenicag.az

1624
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv