!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk Dünyası Bakı Atatürk Liseyinin məzuniyyət mərasimi keçirildi - VİDEO

!Reklam – Yazi

Türk Dünyası Bakı Atatürk Liseyinin məzuniyyət mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, iyunun 9-da Bakı Musiqi Akademiyasında Türk Dünyası Bakı Atatürk Liseyinin məzuniyyət mərasimi təşkil edilib. Tədbir başlamadan öncə Ulu Öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türk Dünyası Araşdırmaları Vəqfinin sədri, professor Közhan Yazgan, ictimaiyyət nümayəndələri, Bakı Atatürk Liseyinin müəllim və şagird heyəti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, eyni zamanda liseydə təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Cahit Bağcı Türk dünyası Atatürk Liseyində təhsil alan və məzun olan şagirdləri təbrik edib, gənclərin Azərbaycan və Türkiyə münasibətlərindəki gələcək rolundan danışıb:

“Sizinlə daha bir məzuniyyət mərasimində birlikdəyik. Hər birinizi salamlayır və təbrik edirəm. Hər il daha da güclənən “Bakı Atatürk liseyi”-nin təhsil verdiyi bu gənclərin Azərbaycanın və Türkiyənin gələcəyinə sahib çıxacağına və layiqli vətəndaş olacaqlarına əminəm. Hər birinizi təbrik edirəm. Yolunuz açıq olsun”.

Tədbirdə bu ilin məzunları olan şagirdlər rəqslər nümayiş etdirib və şeirlər söyləyiblər.

Qeyd edək ki, Türk Dünyası Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) təsisçiliyi və Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 1992-ci ildə açılıb.

Nəsimi Ələsgərli

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv