!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk dünyası üçün yeni çağırışlar və İlham Əliyevin ƏSAS PRİORİTETİ - Tənzilə Rüstəmxanlı yazır

!Reklam – Yazi

Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı bir çox cəhətdən ciddi mesajları özündə əks edirdi. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” mesajı bu baxımdan xüsusi diqqət çəkir. Prezidentin Milli Məclisin tribunasından ifadə etdiyi bu mövqe illərlə yad dəyərlərlə bizi yanıltmaq, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışdıqları saxta proseslərin yerlə-yeksan edilməsi idi.

Bir məqam unudulmamalıdır ki, Prezident İlham Əliyev hər zaman türk-müsəlman dünyasının hüquqlarını qoruyub və onun qarşıdakı dönəmdə də öz siyasi xəttinə sadiq qalacağı şübhəsizdir. Bu mənada, Türk Dövlətləri Təşkilatının yardılmasında və yeni inkişaf mərhələsinə qədəm qoymasında Azərbaycanın, dövlət başçısının fəaliyyəti xüsusilə vurğulanmalıdır.

Həmin siyasi kursun nəticəsidir ki, bu gün Şərq ilə Qərb arasında münasibətlərin inkişafında türk faktoru mühüm yer tutur – Orta Asiya ölkələri, Azərbaycan və Türkiyə ümumilikdə Şərq-Qərb bağlantısının əsas ana xəttini təşkil edir. Vətən müharibəsindən sonra bu proses daha da sürətləndi. Prezident İlham Əliyevin bir müddət öncə qarşıdakı dövrü “Türk əsri” adlandırması məhz bu məntiqə söykənirdi.

Ümumiyyətlə, türk dünyasının hərbi-siyasi-iqtisadi baxımdan bir güc halına gəlməsi illərdir, qurulan plandır və İlham Əliyev bu layihənin reallaşması üçün əlindən gələni edir. Bakı üçün türk dünyası ilə münasibətlərin inkişaf etdirilməsi və Türk Dövlətləri Təşkilatının güclənməsi prioritet məsələdir. Azərbaycan türk dünyasında ən öncül ölkələrdən biridir.

Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan bu məsələdə aparıcı qüvvə kimi çıxış edirlər. Bu iki liderin siyasi gücü imkan verir deyək ki, Türk Dövlətləri Təşkilatı bütün mənalarda dünyanın güclü və dayanıqlı birliklərindən birinə çevriləcək. Bu, həm də təbii meyarlarla bağlıdır.

Türk dünyasına münasibət zamanın tələbidir. Çünki bu xalqların kökü eynidir və bütün sahələrdə bir-birinə qırılmaz tellərlə bağlanıblar. Dil, din və köklərinin eyni olması türk dövlətlərinin bir-birinə təbii bağlılığının göstəricisidir. Ölkə başçısının andiçmə mərasimindəki çıxışında vurğulanan məsələni prioritet kimi qeyd etməsi artıq bu ideya üzrə xüsusi proqramı olduğunu söyləməyə əsas verdi.

Biz yaxın zamanlarda türk dünyası və Türk Dövlətləri Təşkilatının daha da inkişaf etməsi, yeni çağırışları və qlobal miqyasda yeni uğurlu gücün formalaşmasına şahidlik edəcəyik. Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatı vasitəsilə Orta Asiyada daha aktiv bir dövr başlayacaq, Asiya təşəbbüsü davam etdiriləcək və Türk Cümhuriyyətləri ilə əlaqələr yeni müstəviyə daşınacaq.

Dünya çapında münasibətlərin gərginləşməsi fonunda regionun normallaşdığı bir vaxtda Azərbaycan və Türkiyə birgəliyi gücləndirən yanaşmanı mənimsəyərək beynəlxalq statusunu daha da möhkəmləndirəcək.

Bu birlik zamanın tələbidir.

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv