!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk dünyasının təmərküzləşməsi: "Azərbaycan Qərblə Şərqi birləşdirən körpü olacaq"

!Reklam – Yazi

“Azərbaycana bəzən kiçik dövlət deyirlər, əslində belə deyil. Azərbaycan bölgədə dəngələri dəyişmək gücünə malik olan bir dövlət olmağa hamilədir”.

Bu fikri türk dövlətləri arasında son vaxtlar artan müsbət əlaqələr və bunun gələcəkdə verəcəyi effekti şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, böyük coğrafiyada səpələnmiş türklərin təmərküzləşməsi prosesi gedir:

“Türk Dövlətlər Birliyi təşkilatı reallıqdır. Avropa institutlarında axtarışlar var. Sonuncu Praqada keçirilən toplantıda gördük ki, Avropa ölkələri ilə yanaşı Avropaya aid olmayan digər dövlətlər də iştirak edirdi. Dünyada yeni format axtarışı, yeni dizayn var. Bunun içərisində ayrı-ayı bölgələr və strateji nöqtələr uğrunda mübarizə var. Baş verənlər türk ulusunu yerini müəyyən etmək prosesidir. Mərkəzi Asiya, Orta Şərq, hətta uzaq Sibirə qədər uzanan böyük coğrafiyada səpələnmiş türklərin təmərküzləşməsi istiqamətində addımlar atılır. Bunun avanqardı kimdir, bu, başqa məsələdir. Bu ideya uzun zamandır ki, türk dünyası insanlarının beynini məşğul etməkdədir. Artıq bu qurulub, reallaşır.

Türk ölkələri üçün təhdid mənbəyi də bəllidir – İran və Rusiya. Eyni zamanda, Azərbaycan və eləcə də Orta Asiyada olan türk dövlətləri bu reallığı görürlər.

Artıq Azərbaycanın Qazaxıstan, Qırğızıstan, Özbəkistanla strateji tərəfdaşlıq haqqında sazişləri, Türkiyə ilə Şuşa bəyannəməsi var. Gələcəyimizi bəlli edən bir sənədə imza atmışıq. Bu təşəbbüslər digər türk dövlətlərində də var. Türk dövlətlərinin atdığı addımlar bir mərkəzdən gəlir. Türk Dövlətləri Təşkilatının beynəlxalq qurum olaraq tanınmasının gələcəkdə müəyyən hüquq müstəvisində işlərin getməsini də təsir göstərəcəyini düşünürəm. Türk dövlətləri kimlərəsə güc göstərmək, qonşuları əzmək üçün birləşmir. Bu birlik bütün hallarda dünyada mövcud olan millətlərin, dinlərin təmərküzləşməsi, əməkdaşlığı istiqamətində təşəbbüslər edir. Nə Türkiyənin, nə Azərbaycanın, nə başqa tür dövlətinin bu vaxta qədər qonşusunun ərazisində, malında, mülkündə gözü olub. Qonşularımız təəssüf ki, aqressivdirlər, dünyanın sivil oyun qaydalarına uymurlar. Ona görə də təmərküzləşməliyik, güclənməliyik. Özünü müdafiə, mövcud imkanların iqtisadi və siyasi cəhətdən əlaqələndirilməsi, regionun inkişafı istiqamətində təşəbbüslər var. Azərbaycan mərkəzlərdən biridir,körpüdür. Azərbaycan mədəni, siyasi, ideoloji mərkəzlərdəndir. Azərbaycana bəzən kiçik dövlət deyirlər, əslində belə deyil. Azərbaycan bölgədə dəngələri dəyişmək gücünə malik olan bir dövlət olmağa hamilədir. Zəngəzur dəhlizi açılan təqdirdə, Azərbaycan türk dünyasını və Qərblə Şərqi birləşdirən bir quru yol, körpü olacaq. Bunun uğurunda savaş aparır”.

Səxavət Məmməd

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv