!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olundu - Fotolar

!Reklam – Yazi

Aprelin 22-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyə Respublikasının Milli Bayramı – 23 aprel Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirin keçirilməsi fond ilə təşkilatın bütün üzv və müşahidəçi ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, gücləndirilməsi və gənc nəslin türk dünyasının mədəni dəyərləri ilə tanış etdirilməsi məqsədi daşıyır.

Görüşü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva giriş sözü ilə açıb. O, əvvəlcə bütün uşaqları təbrik edib, sonra bir-bir onlarla tanış olub və bu əlamətdar gündə onları sevincli görməkdən məmnun olduğunu bildirib. “Mənə çox xoşdur ki, bugünkü tədbirimizdə böyük türk dünyasının gələcək təmsilçiləri iştirak edir. Burada Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Litva, Azərbaycan və əlbəttə ki, Türkiyədən gələn uşaqlar qardaş dövlətlər arasında bir körpü yaradır. Onlar bizim ümidimiz, sevincimiz və sabahımızdır. Türk dünyası dərin tarixə, mədəni irsə malik bir dünyadır, uşaqlar da bu zənginliyi qorumalıdırlar. Onlar gələcəkdə hansı sahəni seçirlər seçsinlər gözəl mütəxəssis olmalıdırlar ki, böyüklər onlara baxıb fəxr etsinlər. Biz isə onlara elə bir dünya bəxş etməliyik ki, onlar orada xoşbəxt yaşaya bilsinlər. Çox şadam ki, uşaqlar böyüdükcə qardaş ölkələrin mədəni irsini də dərindən öyrənəcəklər. Bizim fondun da missiyası elə bundan ibarətdir”.

Sonra fonda üzv və müşahidəçi dövlətləri təmsil edən uşaqlar ana dilində mahnılar oxuyub, milli geyimlərdə rəqs edib, milli alətlərdə musiqilər çalıb, şeir oxuyublar.

Sonda Günay Əfəndiyeva uşaqlara hədiyyələr verib və onlarla xatirə şəkli çəkdirib.

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv