“Türk Hava Yolları” uçuşların dayandırılma müddətini uzatdı

Türk Hava Yolları yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar aviareyslərin təxirə salınması müddətini 28 maya qədər uzadıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə THY-nin baş direktoru Bilal Ekşi açıqlama verib:

“Pandemiya ilə mübarizədə uğur qazanmaq üçün biraz daha səbir etməliyik. Buna görə də, ölkədaxili və ölkəxarici uçuşları 28 maya qədər təxirə salmaq məcburiyyətindəyik”, – deyə Bilal Ekşi bildirib.

COP29