Türk Kənəşinin 7-ci Zirvəsi Bakıda keçiriləcək

Türkdilli Dövlətlər Birliyinin 7-ci toplantısı bu il oktyabrın 15-də Bakıda təşkil olunacaq.

Yenicag.az xəbər verir ki, əsası 2009-cu ildə Naxçıvanda keçirilən Türk Dövlətləri Liderlərinin 9-cu Zirvəsində qoyulan Türkdilli Dövlətlər Birliyinin yaranmasının 10-cu ildönümünə hazırlıq görülür.

Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan dövlət başçılarının 2009-cu il oktyabrın 3-də imzaladıqları Naxçıvan sazişi ilə əsası qoyulan Türk Kənəşi, yarandığı gündən etibarən, türkdilli ölkələrin bütün sahələr üzrə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində böyük işlər görüb.

Türkdilli Dövlətlər Birliyinin 10-cu ildönümü və Türk Əməkdaşlıq Gününə həsr olunacaq Yeddinci Türk Kənəşi Zirvəsinin bu il oktyabrın 15-də Bakıda keçirilməsi qərara alınıb.

Zirvənin əsas müzakirə mövzusu “Türkdilli ölkələrdəki kiçik və orta müəssisələrin inkişaf etdirilməsi” olacaq.

Aqil Bəkir