!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk Şurasının TARİXİ ZİRVƏ GÖRÜŞÜ: "Strateji və siyasi-iqtisadi cəhətdən böyük önəmi var" - Ramil Həsən

!Reklam – Yazi

“Türk Dövlətləri Təşkilatı da başqa ölkələrin mənafeyinə zərər vermədən, bölgəmizdə təhlükəsizliyi təmin edən, Qərbi və Şərqi özündə birləşdirən, siyasi və iqtisadi cəhətdən böyük nüfuza sahib platforma kimi, yeni bir işıq kimi meydana çıxır”.

Bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün baş tutacaq VIII Zirvə görüşünün əhəmiyyətindən və Şuranın adının dəyişdirilməsinin strateji tərəflərindən danışarkən Türk Şurasının sabiq Baş katibi, millət vəkili Ramil Həsən Yenicag.az-a açıqlamasında səsləndirib.

Ramil Həsən Türkmənistanın da müşahidəçi qismində üzv olması ilə birlikdə Türk Şurası halqasının tamamlandığını qeyd edib:

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə Azərbaycanın ev sahibliyində – Naxçıvanda bu təşkilat təsis olunub. 4 ölkəylə yola çıxan Türk Şurasına daha sonra Özbəkistan tam hüquqlu üzv oldu, 2018-ci ildə isə Macarıstan müşahidəçi statusu ilə Şuraya üzv qəbul olundu. Bu arada, bu, mənim Baş katib kimi son zirvəm idi. Bu gün isə artıq halqa tamamlanır və Türkmənistan da rəsmi olaraq müşahidəçi statusunda Şuraya qoşulur.

2021-ci ilin 30 martında Azərbaycan prezidenti və Türk Şurasının fəaliyyətdə olan sədri cənab İlham Əliyevin başçılığı altında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə qeyri-rəsmi Zirvə görüşü keçirildi. Orada Şuranın adının dəyişdirilməsi məsələsi gündəmə gətirildi. Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstan rəhbərləri inteqrasiya prosesinin növbəti mərhələsi sayılan iqtisadi-siyasi, strateji cəhətdən daha güclü və birlikdə fəaliyyət göstərmə arzusunu özündə ehtiva edən təşkilatın yenilənməsinə – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilməsi qənaətinə gəldilər. Bu təklif dünən İstanbulda baş tutan Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının səkkizinci iclasında qərara bağlandı”.

Ad dəyişikliyinin elə də sadə proses olmadığını bildirən sabiq Baş katib bunun böyük strateji əhəmiyyət daşıdığını vurğulayıb:

“Mən Şuranın keçşmiş Baş katibi kimi bütün daxili işləmə və reqlament qaydasını bildiyim üçün deyə bilərəm ki, bu proses o qədər də asan proses deyil. Üzv ölkələrin hər birinin milli və strateji maraqları nəzərə alınaraq ortaq nöqtəyə varma prosesi gedir ki, bununla bağlı xüsusi iş həyata keçirilir. Qürur duyuram ki, nəhayət belə bir nəticəyə varıldı və ad dəyişikliyi ilə bağlı siyasi qərarın altı protokol və qanunvericilik cəhətdən doldurulması prosesi başa çatdı.

Bu gün dövlət başçılarının sammitində Naxçıvanda imzalanmış əsasnaməyə uyğun olaraq xarici işlər nazirlərinin vermiş olduğu qərarı təsdiqləyəcəklər və Şura artıq dünyaya Türk Dövlətləri Təşkilatı kimi təqdim ediləcək.

Bir daha qeyd edim ki, bunun strateji və siyasi-iqtisadi cəhətdən böyük önəmi var. Avropa Birliyi də 3-4 ölkə tərəfindən kömür birliyi kimi qurulmuşdu. Bu gün artıq 30-a yaxın ölkəni özündə birləşdirən birlik kimi fəaliyyət göstərir.

Türk Dövlətləri Təşkilatı da başqa ölkələrin mənafeyinə zərər vermədən, bölgəmizdə təhlükəsizliyi təmin edən, Qərbi və Şərqi özündə birləşdirən, siyasi və iqtisadi cəhətdən böyük nüfuza sahib platforma kimi, yeni bir işıq kimi meydana çıxır”.

Ramil Həsən bildirib ki, dəyişilikdən sonra Türk Dövlətləri Təşkilatına üzv olmaq istəyən ölkələrin sayında artım müşahidə ediləcək:

“Bəzən Türk Dövlətləri Təşkilatını yeni bir təşkilat hesab edirlər. Zatən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası var, sadəcə onun adı dəyişir, yeni bir təşkilat qurulmur. Bütün dünyada yeni yaranmış təşkilatlar tanıtma və qurumsallaşma prosesindən keçməlidir. Daha sonra isə genişlənmə və inkişafı özündə ehtiva edən yeni mərhələyə qədəm qoyur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilməsinin hədəf və məqsədlərinin müəyyənləşdirilməsi baxımından böyük önəm kəsb edir. Onu da qeyd edim ki, bu günə qədər rəsmi şəkildə 15 ölkə Türk Şurasına müşahidəçi qismində üzv olmaq üçün müraciət edib. Bu özü də təşkilatın gücünü və nüfuzunu göstərir. Bugünkü toplantıdan sonra müraciət edən ölkə və təşkilatların sayı da artacaq. Biz bunun canlı şahidi olacağıq”.

Aqil Bəkir

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv