pqqhZsCa7UO1Türkiyənin İstanbul Aydın Universitetinin Mütəvəlli Heyət Başçısı, Avrasiya Universitetlər Birliyinin sədri Dr.Mustafa Aydın Türkiyədə yaşanan 15 iyul dövlət çevrilişinə cəhd olaylarından sonra Türk xalqının 2017-ci il üçün Nobel Sülh Mükafatına layiq görülməsi üçün kampaniyaya başlayıb. Editor.az-ın məlumatına görə, M.Aydın bununla bağlı keçirilən mətbuat konfrasında deyib ki, məlum hadisələr zamanı Türk xalqının ortaya qoyduğu iradə, göstərdiyi fədakarlıq dünyanın heç bir nöqtəsində rast gəlinməyən bir mövqedir: “Xalqımızın demokratiyanın, güclü liderliyin yanında olması, baş verən hadisələrdən günlər keçməsinə baxmayaraq meydanları boş qoymaması sıradan bir hadisə deyil, bu bir fərqlilikdir. Bu baxımdam biz bu mübarizəsinə görə, Türk xalqının 2017-ci il Nobel sülh mükafatına layiq olduğunu düşünürük”.
Dr. Mustafa Aydın bildirib ki, dünyada Nobel mükafatını alan şəxs və qurumlara baxdığımız zaman, belə bir mövqe, prinsipiallıq nümayiş etdirənlər çox az olduğunu görürük: “Bu baxımdan nə üçün Türk xalqı bu duruşu ilə Nobel mükafatına layiq olmasın?!”.
Mükafatın verilməsi üçün həyata keçiriləcək prosedurlara toxunan M.Aydın qeyd edib ki, onlar bu xain çevriliş cəhdinin necə meydana gəldiyini və Türk xalqının buna necə münasibət göstərdiyini əks etdirən sənəd, foto-video materialları hazırlayaraq Nobel seçim qurumuna müraciət edəcəyik: “Müraciətlər 2017-ci ilin dekabr ayında yekunlaşır. Siyahılar açıqlanır və mərhələ-mərhələ ələnir. Bu çox ciddi fəaliyyət tələb edən işdir. Təxminən 1 il davam edəcək. Nobel Sülh mükafatı əslində məqsəd deyil, vasitədir. Məqsəd Türk xalqının haqlı mübarizəsini dünyaya təqdim etməkdir. İstəyirik, dünya ictimaiyyətinin yalan və məqsədli informasiyalarla çaşqın duruma salınmasının qarşısını alaq”.
Editor.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."