!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkanda maraqlı hadisə: Sakinin istədiyini edib məktubla cavablandırdılar - FOTOLAR

!Reklam – Yazi

Türkanda maraqlı və bir o qədər də pozitiv hadisə baş verib.

Yenicag.az xəbər verir ki, qəsəbədə yeni rabitə dirəkləri yerləşdirilib. Və bu dirəklər qəsəbə sakinin istədiyi hissəyə qoyulub.

Belə ki, işçiləri görə bilmədiyi üçün dirəyin evinin qarşısında deyil, iki metr aralıda basdırılmasını xahiş edən sakin istəyini kağız parçasına yazıb, basdırılacaq dirəyə yapışdıraraq çıxıb gedib. Geri döndükdə isə istəyinin nəzərə alındığının şahidi olub. Və rabitəçilər də kağıza “Nəzərə aldıq” notunu qeyd edərək, eyni formada cavab məktubu qoyublar.

“Keçən həftə Türkana bağa gedəndə gördüm təzə telefon dirəkləri gətiriblər, quyularını qazıblar, amma hələ basdırmamışdılar. İşçilərin özlərini görə bilmədiyim üçün dirəyi bir az arxa tərəfə basdırmalarını xahiş elədiyim 1-ci şəkildəki yazını dirəyə skoçlayıb getdim.

Dünən gedəndə isə dirəyin həqiqətən mən istədiyim yerdə basdırıldığını və ən əsası işçilərin də mənə ürəkli, smaylikli cavab mesajı saxladıqlarını gördüm”, – deyə ev sahibi bildirib.

Ev sahibi həmən şəxsləri çay qonaqlığına dəvət edib:

“O qardaşlara bir daha təşəkkür edirəm, var olun. Əgər bu gün işləyəcəksizsə, sizi qəşəng bir mürəbbəli samovar çayına qonaq edə bilərəm”.

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv