!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə 2028-ci ilə qədər Naxçıvana dəmir yolu çəkməyi planlaşdırır

!Reklam – Yazi

Türkiyə Naxçıvan şəhərinə dəmir yolunun tikintisi üçün tender hazırlamağa başlayıb və onun tikintisini 5 il ərzində başa çatdırmağı planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

“Tenderin keçirilməsi üçün texniki hazırlıq işləri davam edir, layihənin texniki-iqtisadi əsaslandırması təsdiq edilib. Qars-Naxçıvan dəmir yolu marşrutunun uzunluğu 224 km olacaq”, – deyə nazir bildirib.

Yolun xarici sərmayələr və kreditlər cəlb etməklə tikintisi nəzərdə tutulur. Uraloğlu layihənin texniki sənədlərin hazırlanması məqsədilə 2023-cü ilin investisiya proqramına daxil edildiyinə aydınlıq gətirib. O, həmçinin 2024-cü il üçün investisiya proqramında bəndlərdən biri kimi təklif olunacaq. Nazirin sözlərinə görə, bu marşrut “xarici ticarət və tranzit daşımalarda Türkiyənin üstünlüyünü və rəqabət qabiliyyətini artıracaq”.
Qeyd edək ki, layihə üzrə hazırlıq işlərinə hələ 2019-cu ildə başlanılıb. Qarsdan Azərbaycanla sərhədə kimi Naxçıvan bölgəsində beş stansiyanın tikiləcəyi gözlənilir. Qatarların sürəti saatda 160 km olacaq. Marşrut boyu 10 körpünün, 18 km su xəttinin çəkilməsi, 144 yeraltı keçidin tikintisi nəzərdə tutulub.

Mənbə: TASS

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv