Türkiyə Afrində quru əməliyyatına başlayır

Türkiyə bazar günü Afrində quru əməliyyatına başlaya bilər.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Binəli Yıldırım açıqlama verib: “Aviasiyamız bu gün nəzərdə tutulmuş hədəflərin əksəriyyətinə zərbə endirib. Sabah, şəraitdən asılı olaraq, bizim quru qoşunlarımız lazımlı işi yerinə yetirəcək”.

Qeyd edək ki, bu gün Türkiyə Hərbi Qüvvələri Afrində terrorçu PKK-nın Suriya qolu olan YPG-yə və PYD-ə qarşı “Zeytun budağı” adlı əməliyyata başlayıb. Baş Qərargahın məlumatına görə, əməliyyatda 72 hərbi təyyarə iştirak edib. Onlar 113 hədəfdən 108-ini məhv ediblər.