Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Türkiyə antiRusiya blokuna qoşulmayacaq” – Ukraynalı ekspert

“Ərdoğanın Ukrayna siyasəti onun Rusiya əleyhinə çıxmaq siyasətinin başlanğıcı deyil”

Ukraynalı ekspert Qriqori Mavrov Yenicag.ru-ya açıqlamasında Ankaranın Ukrayna, Azərbaycan və Gürcüstanla birlikdə antiRusiya blokuna qoşulmayacağını deyib:

“Ərdoğanın Ukrayna ilə bağlı siyasəti onun Rusiya əleyhinə çıxmaq siyasətinin başlanğıcı deyil. Türkiyə Krımı hər zaman Ukraynanın tərkib hissəsi sayıb və Ərdoğan da Kiyevə son səfəri zamanı bu mövqeni yenidən təkrarladı.

Fikrimcə, Türkiyə Avropa İttifaqı ilə münasibətlər kəskinləşəndən sonra qitədəki bəzi ölkələrlə – həm də onunla ticarət əlaqələrində və əməkdaşlıqda maraqlı olan, eyni zamanda Aİ üzvlüyünə can atan dövlətlərlə – ikitərəfli münasibətlər qurmağa cəhd edir”.

Mavrovun sözlərinə görə, Türkiyə ilə Ukrayna arasında çox sayda faydalı iqtisadi müqavilələr imzalansa da, konkret sövdələşmələrdən danışmaq hələ tezdir:

“Məncə, daha 1 il də gözləmək və ikitərəfli əlaqələrin inkişaf tempinin, ticari əlaqələrinin nə qədər genişlənəcəyini müəyyənləşdirmək lazımdır”.

Ekspert Türkiyə, Azərbaycan, Ukrayna və Gürcüstanın Rusiya əleyhinə hərbi-siyasi ittifaq yaratmaq ehtimalının olmadığını bildirib:

“Hər şeydən əvvəl, Türkiyənin özü buna getməz. Bu, birbaşa Rusiya ilə olan münaqişədir və Türkiyə də Rusiya ilə açıq qarşıdurmaya getməməyə çalışır.

Rusiya Gürcüstan və Ukraynanın, onun müttəfiqi olan erməni isə Azərbaycanın ərazilərini işğal edib. Ona görə də, elə bir ittifaqın yaradılması Türkiyənin Rusiya ilə birbaşa qarşıdurmaya getməsi demək olardı”.

www.yenicag.az

1754
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM