!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Azərbaycan universitetinə qəbul necə aparılacaq? - VİDEO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, yeni yaradılacaq Türkiyə-Azərbaycan Universitetində qardaş ölkənin ail təhsil sistemindəki ən öndə gedən ixtisaslar tədris olunacaq.

Yenicag.az xəbər verir ki, Elm və Təhsil nazirliyi yanında ictimai şuranın üzvü İlqar Orucov bildirib ki, Azərbaycanda fəaliyyət göstərəcək ali təhsil ocağında əsasən mühəndislik və tibb üzrə ixtisaslara yer verilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, Türkiyə bu sahələr üzrə son illərdə dünyada böyük irəliləyişə nail olub.

İlqar Orucov deyir ki, türkiyəli nüfuzlu alimlərin Azərbaycanda ali təhsil üzrə tədrisə cəlb edilməsi ölkədə iki starteji sahədə peşəkar kadrların hazırlanmasında mühüm rol oynayacaq.

İctimai şuranın üzvü bildirib ki, universitetdə ilkin mərhələdə 240 tələbənin təhsil alması planlaşdırılır.

İlqar Orucov əlavə edib ki, gələcəkdə ali təhsil müəssisəsində tələbə və ixtisas sayı artırıla bilər.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun 2024-2025-ci tədris ilində həyata keçirilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv