Türkiyə baş nazirinin müavini: “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal azad etməlidir”

“Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfdir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal azad etməlidir”.

Yenicag.az xəbər verir ki, bunu bu gün Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə bildirib.

N. Kurtulmuş deyib ki, Ermənistanın qısa müddətdə torpaqları işğaldan azad edərək Azərbaycana təhvil verəcəyinə ümid edir:

“Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində 2 yaşlı Zəhranı öldürməsi də qəbuledilməzdir. Bu, beynəlxalq bir cinayətdir”.

Yenicag.az

COP29