Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə baş nazirinin rəsmi qarşılanma mərasimi olub

973f7cf92fa3eb5264ee03103833fec7Bu gün Azərbaycana səfərə gələn Türkiyənin baş naziri Binəli Yıldırımın rəsmi qarşılanma mərasimi olub.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev B. Yıldırımı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin baş nazirinə raport verib. Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib. Prezident İlham Əliyev və B. Yıldırım fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyənin baş naziri Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan dövlət və hökumət nümayəndələri B. Yıldırıma, Türkiyənin nümayəndə heyətinin üzvləri prezident İ. Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidentinin və Türkiyə baş nazirinin qarşısından keçib.

Prezident İlham Əliyev və B. Yıldırım rəsmi foto çəkdiriblər.

www.yenicag.az

306