!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə böhranı fürsətə çevirən ilk ölkədir – Ərdoğan

Reklam: High Technic

2021-ci ildə Türkiyənin ixracı 225,36 milyard dollar təşkil edib ki, bu da ölkə üçün rekord göstərici olub.

Yenicag.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əvvəlki illə müqayisədə 2021-ci ildə ixracın həcmi 32,9% artaraq 225,36 milyard dollar təşkil edib. Bu, rekord göstəricidir”, deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin xarici ticarəti 2002-ci ildəki 87,6 milyard dollardan 2021-ci ildə 496,7 milyard dollara yüksəlib. Türkiyənin xarici ticarət kəsiri əvvəlki illə müqayisədə 7,8% azalaraq 45,9 milyard dollara, ixracın idxala nisbəti isə 83,1%-ə yüksəlib. Türkiyənin Cənubi Amerikaya ixracı 86,6%, Aİ-dən kənar Avropa ölkələrinə 29 %, Yaxın və Orta Şərq ölkələrinə 22,6%, Şimali Afrika 44,8% artıb. Türkiyə ilk dəfə olaraq böhranları idarə edən, hətta onları fürsətə çevirən, onların təsiri altında əyilməyən bir ölkəyə çevrildi”, – Türkiyə Prezidenti bəyan edib.

 

 

www.yenicag.az

195
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100