!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə bu məsələdə Ermənistanı yerində oturtmaq üçün imkanlarından istifadə etməlidir” – RƏY

!Reklam – Yazi

“Rusiyanın tələblərinə baxmayaraq, ermənilər faşist Njdeyə qoyduqları abidəni sökmədilər”.

Bu fikirləri İrəvandakı “Nemezis” abidəsinin Türkiyənin tələbi ilə sökülməsinin mümkünlüyü ehtimalını və əks halda, Ankaranın atacağı addımları dəyərləndirən politoloq Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan sonra Ermənistan tərəfindən hər hansı konstruktiv davranış gözləmək üçün əsas yoxdur:

“Bildiyiniz kimi, ermənilər “Nemezis” abidəsi ilə bağlı manipulyasiya etməkdədirlər. Hökumət deyir ki, bu İrəvan meriyasının nəzarətində olan məsələdir, meriya isə o abidənin “xalqın istəyi ilə” inşa olunduğunu iddia edir. Buradan da o nəticəyə gəlmək olar ki, həmin abidə sökülməyəcək.

Fikrimcə, Türkiyənin o abidənin sökülməsinə yönəlik tələbi də Ermənistanda qulaqardına vurulacaq. Xatırlayırsınızsa, Rusiyanın tələblərinə baxmayaraq, ermənilər faşist Njdeyə qoyduqları abidəni sökmədilər. Hələ Tələt Paşanın qatilinə də abidə ucaltdılar.

Ermənistan bütün davranışları ilə onu göstərir ki, bu ölkədən konstruktiv addım gözləməyə dəyməz. Bu səbəbdən, Ermənistanın Türkiyə və Azərbaycanla normallaşma prosesinin nəticə verəcəyi də ciddi şübhə altına düşür. Türkiyə bu məsələdə Ermənistanı yerində oturtmaq üçün imkanlarından istifadə etməlidir”.

A.Zeynalov

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv