!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə bu məsələdə öz mövqeyində qalır və soyuqqanlılığını qətiyyən itirmir” - ŞƏRH

!Reklam – Yazi

“Aydındır ki, PKK-ya “Zaho sifarişi” verən tərəf Suriya və İraqda hərbi iştirakını davam etdirən ölkələrdən biridir”.

Bu fikirləri İraqın Zaho bölgəsində baş verən terror aktından sonra Türkiyəyə yönəlik idarə olunan etirazların baş qaldırmasına münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən terror aktının törədilməsində məqsəd Türkiyənin diqqətini planlaşdırdığı əməliyyatdan yayındırmaq və Ankaraya xəbərdarlıq etməkdir:

“Türkiyənin Suriyanın şimalında təhlükəsizlik zolağının yaradılması məqsədilə planlaşdırdığı növbəti hərbi əməliyyat ərəfəsində İraqın Zaho bölgəsində baş verən terror aktı və bunun ardınca yaşananlar regiondakı proseslərin nə qədər mürəkkəbləşdiyini ən açıq formada göstərir.

Sözsüz ki, Zaho terrorunun meydana gəlməsi və bu olaya görə oxların həmən Türkiyəyə yönləndirilməsi bölgədə maraqları, o cümlədən birbaşa hərbi iştirakları olan ölkələrin sözügedən əməliyyata münasibətlərinin özünəməxsus göstəricisi sayıla bilər.

Türkiyənin həmin terror aktını məhz PKK terrorçularının törətdiyini bəyan etməsinə baxmayaraq, İraqda bu məsələyə istər hökumətin, istərsə də cəmiyyətin yanaşması bunun əksinə oldu. İraqlılar baş verənlərin arxasında Türkiyənin dayandığını iddia edərək, qardaş ölkənin səfirliyi önündə davamlı etiraz aksiyaları keçirdilər, hətta binanı mühasirəyə aldılar.

Bütün bunlar nə anlama gəlir? İlk növbədə bunu deyə bilərik ki, Türkiyənin bəyan etdiyi kimi, Zaho terroru PKK tərəfindən törədilsə də, qanlı hücumun sifarişçisinin kimliyi çox önəmlidir. Bu barədə konkret ad çəkmək çətin olsa da, aydındır ki, PKK-ya “Zaho sifarişi” verən tərəf Suriya və İraqda hərbi iştirakını davam etdirən ölkələrdən biridir.

Terror aktının törədilməsində məqsəd Türkiyənin diqqətini yayındırmaq cəhdi və gələcəkdə dinc əhaliyə qarşı daha genişmiqyaslı hücumların təşkil oluna biləcəyinə dair Ankaraya xəbərdarlıq etməkdir.

Ancaq Türkiyə bu məsələdə öz mövqeyində qalır və soyuqqanlılığını qətiyyən itirmir. Sözsüz bu qeyd olunanları Ankarada daha dəqiq formada bilirlər və bu tip etiraz aksiyaları ilə Türkiyəni planlaşdırdığı əməliyyatdan çəkindirmək mümkün deyil. Bu arada Türkiyə hökuməti sözçülərinin Suriyanın şimalında nəzərdə tutulan təhlükəsizlik zonasının miqyasını genişləndirmək haqda açıqlamaları da belə söyləməyə əsas verir”.

A.Zeynalov

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv