!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Cümhuriyyəti 98 yaşında! - VİDEO

!Reklam – Yazi

Türkiyədə Cümhuriyyətin elan edilməsinin 98-ci ildönümüdür.

Yenicag.az xəbər verir ki, 24 iyul 1923-cü ildə Lozanna sazişinin imzalanması ilə yeni Türk dövlətinin müstəqilliyi tanındı.

İkinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) toplanmasından 2 ay sonra – 13 oktyabr 1923-cü ildə Ankara Türkiyə Cümhuriyyətinin paytaxtı oldu. Artıq mövcud rejimin adının qoyulması, yeni dövlət rəhbərinin seçilməsi zərurəti yaranmışdı.

Həmin tarixə qədər ölkə rəhbəri vəzifəsini TBMM-nin sədri Mustafa Kamal Paşa icra edirdi. Artıq bəzi ölkələr Lozanna sazişinin təsdiq eidlməsi üçün yeni dövlət quruluşunun yaradılmasını istəyirdilər.

27 oktyabr 1923-cü ildə Məclisdə yeni hökumətin qurulmasına yönəlik əngəllər problemin təcili həllini tələb edirdi. Mustafa Kamal Paşa hökumətin formalaşdırılmaması ilə əlaqədar oktyabrın 29-da Çankaya Köşkündə dostları üçün yemək təşkil edir.

Həmin məclisdə keçən söhbəti Mustafa Kamal Paşa öz xatirələrində belə qələmə alıb:

“Yemək zamanı: “Sabah Cümhuriyyəti elan edəcəyik”, – dedim. Oradakı dostlar dərhal bu fikrimə qatıldılar.

Yeməyi dayandırıb o dəqiqədən etibarən necə hərəkət ediləcəyi məsələsində qısa proqram hazırlayaraq onlara tapşırıqlar verdim”.

Mustafa Kamal Paşa həmin gecə İsmət Paşa ilə 1921-ci il Konstitusiyasının bəzi maddələrinin dəyişdirilməsini ehtiva edən qanun layhəsi hazırlayır. “Türkiyə dövlətinin hökumət forması Cümhuriyyətdir” maddəsinin yer aldığı layihə TBMM-dəki çıxışlardan sonra saat 20:30-da iclasa qatılan 158 nəfərin yekdil qərarı ilə qəbul edilir.

Cümhuriyyətin elanı Məclisdə “Yaşasın Cümhuriyyət” sədaları və alqışlarla qarşılanır. Cümhuriyyətin elanından sonra keçirilən prezident seçkilərində 158 millət vəkilinin hamısı Mustafa Kamal Paşaya səs verir və o, yeni Türk dövlətinin ilk prezidenti seçilir.

Bundan sonra kürsüyə çıxan Mustafa Kamal Paşa nitqini, “Türkiyə Cümhuriyyəti məsud, müvəffəq və müzəffər olacaq”, – sözləri ilə bitirir. Mustafa Kamalın prezident seçilməsindən sonra hökuməti formalaşdırmaq səlahiyyəti İsmət İnönüyə verilir, Fəthi Okyar isə TBMM-nin sədri seçilir.

Bütün türk xalqı 29-30 oktyabr günlərində Cmhuriyyətin elan olunmasını təntənə ilə qeyd etdi. 26 oktyabr 1924-cü ildə Cümhuriyyətin elanının 101 top atışı ilə qeyd edilməsi qərarlaşdırıldı. 1925-ci il aprelin 19-da isə 29 oktyabrın bayram günü elan edilməsi qərara alınır.

Beləliklə, Türkiyədə 1925-ci ildən etibarən 29 oktyabr milli bayram kimi qeyd edilir.

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv