Reklam

Reklam

andreykarlovSüleyman Soylu: FETÖ terror təşkilatıyla qatilin əlaqəsi aydın şəkildə müəyyən edilib

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazirin sözlərinə görə, Türkiyə hakimiyyəti terrorçunun Fətullah Gülənin tərəfdarlarıyla əlaqəsinin olmasını sübuta yetirilmiş hesab edir.

“Biz terroçunun Türkiyənin daxilində və onun hüdudları xaricindəki əlaqələrini aşkar etməyin üzərində işləyirik. İndi FETÖ terror təşkilatıyla qatilin əlaqəsi aydın şəkildə müəyyən edilib. Rusiya Federasiyasının səfirinə sui-qəsd – bu terroçunun şəxsi təşəbbüsünün nəticəsi deyil”, – deyə Süleyman Soylu deyib.

Nazir bildirib ki, istintaqın nəticəsi artıq bir çox mühüm təfərrüatları aydınlaşdırıb. Amma indiki mərhələdə onları elan etməyi məqsədəuyğun hesab etmir.

Süleyman Soylunun sözlərinə görə, istintaq Rusiya ekspertləri ilə sıx əlaqəli şəkildə gedir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 57
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."