!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə əhalisinin sayı açıqlandı

!Reklam – Yazi

Türkiyənin əhalisi ötən il 2022-ci ilə nisbətən 92 min 824 nəfər artaraq 85 milyon 372 min 377 nəfərə çatıb.

Bu barədə Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir.

Bildirilib ki, kişilərin sayı 50,1, qadınların sayı isə 49,9 faiz təşkil edib.

Rayon və rayon mərkəzlərində qeydiyyatda olanların sayı 93,4 faizdən 93 faizə düşüb. Kəndlərdə yaşayanların sayı isə 6,6 faizdən 7 faizə çatıb.

Bundan başqa, Türkiyədə yaşayan xarici ölkə vətəndaşlarının sayında azalma olub. Son məlumata görə, Türkiyədə 1 milyon 570 min 543 xarici vətəndaş yaşayır. Bu, ötən illə müqayisədə 253 min 293 nəfər azdır. Onlardan 48,6 faizini kişi, 51,4 faizini isə qadınlar təşkil edir.

www.yenicag.az

108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv