!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə əməliyyata hazırlaşır: ABŞ terrorçulara silah göndərir - FOTO

!Reklam – Yazi

Türkiyənin Suriyada quru əməliyyatı siqnalı verməsindən sonra qalmaqallı iddia ortaya atılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqtonu onurğasını PKK/PYD/YPG terror təşkilatlarının təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə müasir silahlarla dolu 2 hərbi konvoy göndərdiyi bildirilir.

İddiaya görə, iki hərbi konvoy İraq və Suriya arasındakı sərhəd qapısından keçərək terror təşkilatının nəzarətindəki bölgəyə aparılıb. Suriya İnsan Haqları Müşahidə Qrupu tərəfindən verilən açıqlamada isə birində 40, digərində 90 avtomobildən ibarət hərbi sursat yüklü konvoyda hava hücumundan müdafiə sistemləri üçün radarlar və silahların olduğu qeyd edilib.

Digər tərəfdən, Suriyanın rəsmi xəbər agentliyi “Sana” da oxşar xəbər yayımlayıb. “Sana”dakı xəbərdə deyilir:

“Amerikanın işğalçı qüvvələri Həsəkənin cənubundakı Əl-Şadadidəki qanunsuz silahlı güclərin bazasına müasir artilleriya da daxil olmaqla, hərbi texnika və silahlar gətirib. Amerika işğalçı qüvvələri İraqın şimalındakı bazalarından müasir artilleriya, sursat və müxtəlif hərbi texnika daşıyan yük maşınlarından ibarət karvanı Həsəkənin cənubundakı Əl-Şədadidəki bazasına gətirib”.

Məsələ ilə bağlı Vaşinqtondan rəsmi açıqlama verilməyib.

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv