!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə-Ermənistan sərhədləri minalardan təmizlənirsə, bu, daha çox rəmzi məna daşıyır” – Professordan AÇIQLAMA 

!Reklam – Yazi

“Ermənistanın daxilindəki bəzi qüvvələr və bir sıra ölkələr mane olmağa çalışsalar da, Türkiyə ilə normallaşma prosesi plan üzrə gedəcək”.

Bu fikirləri Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin intensivləşdiyi dönəmdə iki ölkənin sərhədinin minalardan təmizlənməsinə dair xəbərləri şərh edən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətləri normallaşdırmağın alternativinin olmadığını tam ciddiliyi ilə başa düşür:

“Əslində, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yönəlik danışıqların məhsuldar keçməsi prosesin bu nöqtəyə, yəni sərhədlərin minalardan təmizlənməsi nöqtəsinə gələcəyini söyləməyə əsas verir. O baxımdan, bu məlumatlara normal yanaşmaq lazımdır.

Nə qədər tərəddüd etsə də, Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətləri normallaşdırmağın alternativinin olmadığını tam ciddiliyi ilə başa düşür, bunu qəbul edir. O cümlədən, Rusiya da bu iki ölkənin öz aralarında düşmənçiliyə son qoymasında maraqlı olduğunu göstərməkdədir.

Digər tərəfdən, qeyd olunmalıdır ki, Türkiyə-Ermənistan sərhədləri minalardan təmizlənirsə, bu, daha çox rəmzi məna daşıyır. Bildiyim qədər, sərhəddə yerləşdirilmiş minalar, əsasən, Sovetlər dövrünə aiddir. Çünki sonrakı dönəmdə bu haqda məlumat yoxdur.

Eyni zamanda, o da nəzərə alınmalıdır ki, Ermənistanın sərhədlərini Türkiyə ilə normal münasibətlər saxlayan Rusiya qoruyur. Belə bir şəraitdə bu ölkələrin birindən digərinə qarşı təhlükə yaranması gözlənilmir. Ona görə də, Ermənistanın daxilindəki bəzi qüvvələr və bir sıra ölkələr mane olmağa çalışsalar da, Türkiyə ilə münasibətlərin normallaşma prosesi plan üzrə gedəcək”.

A.Zeynalov

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv