Reklam

Reklam

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçirtdiyi son rəy sorğusu referendumda “Evet” tərəfdarlarının üstünlüyünü bir daha təsdiqləyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadın xəbər verir ki, AKP-nin “Sabah seçki olsa” başlığı ilə təşkil etdiyi ümumTürkiyə rəy sorğusuna qatılanların 53,5 faizi hakim partiyanı dəstəkləyib.

Referendumda sadəcə, “Evet” mövqeyində dayanan partiyalardan deyil, bütün siyasi təşkilatlardan səs almağı hədəfləyən AKP bu məqsədinə də nail olmaqdadır. Sorğunun nəticələrinə görə, son parlament seçkilərində 10,5 faiz səs qazanan terrorçu PKK-nın siyasi qolu olan HDP elektoratının ən azı 4 faizinin referendumda “Evet” deyeceyi proqnozlaşdırılır. HDP seçicisinin “Evet” mövqeyinə meyillənməsi dövlətin PKK-ya qarşı uğurlu mübarizəsi və xalqın bu istiqamətdə görülən tədbirləri dəstəkləməsi ilə izah olunur.

AKP-nin rəy sorğusunda əldə olunan maraqlı nəticələrdən biri də Konstitusiya islahatı məsələsində hakim partiya ilə eyni mövqedə dayanan Milliyyətçi Hərəkat Partiyası (MHP) seçicilərinin minimum 50 faizinin referendumda “Evet” deməsinin qətiləşməsidir. MHP lideri Dövlət Baxçalının iştirakı ilə 9-10 mitinq keçiriləcəyi nəzərə alınsa, o zaman milliyyətçi elektorat daxilində “Evet” mövqeyinin əhəmiyyətli dərəcədə güclənəcəyi şübhə doğurmur.
Hakim partiyanın sorğusuna əsasən, AKP seçicilərinin 4,5 – 5 faizinin referendumda “Xeyr” deyəcəyi proqnozlaşdırılır.

AKP-nin təşkil etdiyi bu sorğunun nəticələri göstərir ki, prezident Rəcəb Tayyib Ərdoğanın “55 faz “Evet” gözləntisi daha yüksək rəqəmlə ifadə olunacaq. “Evet” tərəfdarlarının sırasının genişlənməsində Prezident Ərdoğan və baş nazir Binəli Yıldırımın fərqli, ancaq bir-birilərini tamamlayan çıxışlarının ciddi rol oynadığı bildirilir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 61
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."