!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə girovları azad etmək üçün HƏMAS-la danışıqlar aparır

!Reklam – Yazi

Ankara radikal HƏMAS hərəkatının siyasi qanadı ilə əcnəbilər də daxil olmaqla, saxladığı girovların azad edilməsi üçün danışıqlar aparır.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Hazırda müxtəlif ölkələrdən vətəndaşlarının azad edilməsi ilə bağlı müraciətlər almışıq. Biz bu məsələləri xüsusilə HƏMAS-ın siyasi qanadı ilə müzakirə etməyə başlamışıq. Əcnəbilərin, mülki şəxslərin və uşaqların azad edilməsi üçün səylərimiz davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu və digər humanitar məsələlərin həllinə mümkün olduğu qədər prinsipial qərar verib”, – deyə o, Beyrutda keçirdiyi mətbuat konfransında bildirib.
Mənbə: TASS

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv