!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə HƏMAS liderini ölkədən çıxardı

!Reklam – Yazi

Türkiyə terrorçuların İsrailə hücumu zamanı İstanbulda olan HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni ölkədən çıxarıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Əl-Monitor” nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, HƏMAS-ın oktyabrın 7-də hücumu ilə bağlı xəbərlərini izləyərkən təşəkkür duası etdiklərini əks etdirən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra İsmayıl Haniyə və onu müşayiət edən şəxslərdən ölkəni tərk etmələri istənilib:

“Türkiyə diplomatik kanatla hərəkət edir. HƏMAS və İsrail arasındakı münaqişə ilə bağlı mövqeyini müəyyənləşdirən Ərdoğan administrasiyası Fələstinin maraqlarının müdafiəsinin davam etdirilməsi zərurətini, eləcə də Türkiyə ilə İsrail arasında illərlə davam edən fikir ayrılıqlarından sonra yaxınlaşma prosesini nəzərə alır.

Bu, Türkiyənin Qəzzada böhranın aradan qaldırılmasına və HƏMAS-ın İsrailə zərbəsindən sonra saxladığı girovların azad edilməsinə kömək edə biləcək vasitəçi kimi mühüm rol oynaması üçün potensial imkan deməkdir. Qərbdə Türkiyə HƏMAS-la danışıqlar apara bilən nadir tərəfdaş kimi qəbul edilir.

Ərdoğan İsrailin bombardmanları nəticəsində Qəzza zolağında artan itkilərə cavab olaraq ritorikasını tədricən sərtləşdirsə və ABŞ Prezidenti Co Baydenin İsrailə səfərinə qarşı çıxsa da, İsrailə qarşı əvvəlkindən daha təmkinli idi. Bu da açıq-aydın HƏMAS-ın xoşuna gəlməyib”.

Nəşrin Ankaradakı mənbəsi bildirib ki, HƏMAS da daxil olmaqla fələstinli qruplaşmalar Türkiyənin mövqeyindən razı deyil:

“Onun hətta bəyanatları da qeyri-adekvatdır. Onlar hətta etiraz əlaməti olaraq İsrail səfirini belə XİN-ə çağırmadılar”./Axar

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv