!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə ilə münasibətlərin bərpasında İsrail daha çox maraqlıdır” - ŞƏRH

!Reklam – Yazi

“İsrailin “Mavi Mərmərə” gülləbaranına görə üzr istəməsi, həlak olanların ailələrinə kompensasiya ödəməsi Tel-Əvivin öz səhvini qəbul etməsi kimi anlaşılmalıdır”.

Bu fikirləri Türkiyə ilə İsrail arasında münasibətlərin yenidən normallaşdırılmasına yönəlik təşəbbüsləri və bunun mümkün nəticəsini dəyərləndirən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun fikrincə, Ankara və Tel-Əviv münasibətləri əvvəlki səviyyəyə qaytarmaq üçün mövcud imkanlardan yararlanmağa çalışacaqlar:

“Öncə bu məqamı qeyd etmək lazımdır ki, 2010-cu ildə İsrailin “Mavi Mərmərə” humanitar missiyasını atəşə tutmasından sonra münasibətlərin gərginləşməsinə baxmayaraq, iki ölkə arasında münasibətlərin kəsildiyini söyləmək doğru olmazdı.

O dövrdən etibarən əlaqələr xeyli zəifləsə də, iqtisadi və xüsusilə də, təhlükəsizlik sahəsində əməkdaşlıq davam etdirilib. İndiki şəraitdə söhbət münasibətlərin tam miqyasda bərpa edilməsindən gedir. İsrail prezidentinin Türkiyəyə planlaşdırılan səfərində də məqsəd budur.

Təbii ki, indiki halda İsrail üçün Türkiyə ilə əlaqələrin gücləndirilməsi zərurəti xeyli çoxdur. Doğrudur, İsrail son dönəmlərdə bəzi ərəb ölkələri ilə münasibətlər qurmağa nail olsa da, o dövlətlər öz imkanlarına görə hər hansı bir formada Türkiyə ilə müqayisə edilə bilməz.

Bu baxımdan, İsrailin Türkiyə ilə əlaqələri əvvəlki səviyyəyə yüksəltmək niyyəti başadüşüləndir. Hər halda, İsrailin “Mavi Mərmərə” gülləbaranına görə üzr istəməsi, həlak olanların ailələrinə kompensasiya ödəməsi Tel-Əvivin öz səhvini qəbul etməsi kimi anlaşılmalıdır.

Münasibətlərin dərinləşdirilməsi təşəbbüsü də belə söyləməyə əsas verir ki, bu məsələdə İsrail Türkiyədən daha çox maraqlıdır. Ümumilikdə isə hesab edirəm ki, Ankara və Tel-Əviv münasibətləri əvvəlki səviyyəyə qaytarmaq üçün mövcud imkanlardan yararlanmağa çalışacaqlar”.

A.Zeynalov

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv