!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır" - Tamazyan

!Reklam – Yazi

Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır.

Yenicag.az erməni mediasına xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan məlumat verib.  O bildirib ki, Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır.

“Bütün gömrük-texniki pasport nəzarəti və sərhəd xidməti vasitələri, bütün infrastrukturlar lazımi xidmətə hazırdır”, – Karen Tamazyan deyib.

Xatırladaq ki, 1993-cü ildə Türkiyə Ermənistanla hava və quru sərhədini birtərəfli qaydada bağlayıb.

Ermənistan və Türkiyə 2021-ci ilin dekabrında münasibətlərin normallaşması üçün aydın addımlar atmağa hazır olduqlarını bəyan ediblər.

Hər iki tərəf iki ölkə arasında münasibətləri tənzimləmək üçün xüsusi nümayəndələr təyin ediblər.

2022-ci il iyulun 1-də hər iki dövlətin xüsusi nümayəndələri Vyanada Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi barədə razılığa gəliblər və bu istiqamətdə lazımi proseslərə başlayıblar.

Xuraman Etibarlı

 

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv