!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyə-İsrail münasibətlərindəki soyuqluq Azərbaycanın maraqlarına xidmət etmir" - Şərh

!Reklam – Yazi

İsrail Prezidenti İshaq Hersoqun martın 9-10-da Türkiyəyə səfər edəcəyi gözlənilir. Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın və respublikanın xarici işlər nazirinin müavini Sedat Önal Fələstin Prezidenti Mahmud Abbasla görüşmək üçün fevralın 16-17-də Qüdsdədir və oradan da İsrailə gedəcəklər.

Məlum görüşlərin İsrail-Türkiyə münasibətlərinə mümkün təsirləri və bu fonda Azərbaycanın rolu ilə bağlı öz fikirlərini Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov  Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, son dövrlər Türkiyə ilə İsrail arasındakı münasibətlər normallaşma, hətta müsbət istiqamət üzrə inkişaf etmək prosesindədir:

“Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində uzun illərdir bir-birinə soyuq münasibətdə olan əksər dövlətlərin əlaqələri normallaşma istiqamətində dəyişib. Nəticədə zaman-zaman düşmənçilik edən Türkiyə və Rusiya, Türkiyə və İran əlaqələrinin normallaşmasının, hətta Cənubi Qafqaz və bir sıra məqamlarda münasibətlərin uzlaşmasının şahidi oluruq. Bu, Azərbaycanın regionda və digər ölkələrlə münasibətdə aktiv iştirakının nəticəsidir.

Türkiyə və İsrail arasında baş verən proseslər isə təkcə Azərbaycanın deyil, dünya ölkələrinin də diqqətindədir. Türkiyə-İsrail münasibətlərindəki soyuqluq Azərbaycanın da maraqlarına xidmət etmirdi. Hər iki ölkə ilə münasibətləri yüksək səviyyədə olan ölkəmiz bu məsələdə müəyyən haqqlara sahibdir. Ölkəmizin yürütdüyü xarici siyasətin uğurlu nəticələrindən biri Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasına dair mühüm addımlar atmasıdır. Türkiyə rəsmilərinin Fələstin və İsrailə səfəri mövcud olan müharibə şəraiti və problemlərin həlli istiqamətində müsbət töhfələr verəcək. İsrail Prezidentinin Türkiyəyə səfəri isə iki ölkənin münasibətlərini normallaşdırmaq barədə prinsipial olduğunu göstərir. Bu proses Azərbaycanın təkcə regionda deyil, dünyada da nüfuzunun artmasına yol açacaq”.

Gülşən Şərif

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv