!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə İsraildəki səfirini GERİ ÇAĞIRDI

!Reklam – Yazi

Türkiyə səfiri məsləhətləşmələr üçün İsraildən geri çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Bildirilir ki, Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar Təl-Əvivdəki səfirini geri çağırıb.

“İsrailin dinc əhaliyə qarşı davam edən hücumları nəticəsində Qəzza zolağında baş verən humanitar faciə və İsrailin atəşkəs çağırışlarını rədd etməsi, humanitar yardımın maneəsiz axını ilə əlaqədar Təl-Əvivdəki səfirimiz Şakir Özkan Torunun məsləhətləşmələr üçün Ankaraya geri çağırılmasına qərar verilib”, – deyə nazirlik bildirib.

Beləliklə, İsraildən səfirlərini geri çağıran ölkələrin sayı 7-yə çatıb: Kolumbiya, Boliviya, Çili, İordaniya, Bəhreyn, Honduras, Türkiyə.

Xuraman Etibarlı

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv