!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə İsveçin NATO-ya üzvlük ərizəsini RATİFİKASİYA ETMƏYƏCƏK

!Reklam – Yazi

Türkiyə İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya etməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, Türkiyə bu barədə NATO-nu məlumatlandırıb.

Agentliyin mənbələri bildiriblər ki, Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsi ratifikasiya ilə bağlı müzakirələri noyabrın 28 və ya 29-da bərpa edə bilər. Bəzi NATO nümayəndələri gözləyirdilər ki, xarici işlər nazirlərinin görüşündə İsveç artıq alyansa üzv ola biləcək və müvafiq mərasim təşkil olunacaq.

Qanun layihəsi əvvəlcə Türkiyə parlamentinin komissiyası tərəfindən ratifikasiya edilməlidir. Sonra bütün parlament səs verəcək. Bu səsvermə komissiyanın qərarından bir neçə gün və ya həftə sonra baş verə bilər. Bundan sonra sənədi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalamalıdır. Lakin Ankara bildirib ki, alyansın xarici işlər nazirləri noyabrın 28-29-da görüşənə qədər İsveçin üzvlük ərizəsini ratifikasiya etməyəcək.

Xatırladaq ki, İsveçin NATO-ya daxil olması ilə bağlı protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib. Yalnız Macarıstan və Türkiyə bunu təsdiq etməyib.

Bu sənədin Ankara tərəfindən tezliklə ratifikasiyasına dair razılıq NATO, Türkiyə və İsveç arasında iyulda Vilnüsdə alyans sammitindən əvvəl əldə olunub. Bununla belə, Türkiyə tərəfi daha sonra ərizənin təsdiqi üçün bir neçə şərt irəli sürüb.

Xuraman Etibarlı

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv