!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə limanlarına daşınan kimyəvi məhsulların həcmi açıqlandı

!Reklam – Yazi
2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 11 milyon 464 min 141 ton kimyəvi məhsullar qəbul edib.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara kimyəvi məhsullar qəbulu 831 min 374 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə kimyəvi məhsullar daşınması 10 milyon 632 min 767 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2022-ci ilin yanvar-avqust ayında Türkiyə limanlarından transit yolu ilə 178 min 308 ton kimyəvi maddə məhsulları daşınıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

“2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.

2021-ci ildə Türkiyə limanları 386 milyon 396 min 718 min ton yük qəbul edib.

Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 999 min 196 min ton təşkil edib.

2021-ci ildə digər ölkələrin bayraqları altında üzən gəmilərlə Türkiyə limanlarına yük daşıma 356 milyon 397 min 522 min ton təşkil edib.

Bundan əlavə, ötən il Türkiyə limanları 78 milyon 8 min 944 ton tranzit yük daşıyıb.

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv