!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə müəyyən dövlətlərin terror təşkilatlarına dəstəyini dayandırmasına nail olmasa...” - ŞƏRH

!Reklam – Yazi

“Terrorçulara xaricdən dəstək verilməsə, Türkiyənin keçirdiyi əməliyyatlar YPG ilə PYD-nin sonunu gətirməli idi”.

Bu fikirləri Suriya ilə İraqın şimalında mövqe tutan YPG-PYD terror qruplaşmalarına qarşı Türkiyənin keçirdiyi yeni hərbi əməliyyatı dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə hədəfdəki terror təşkilatlarının birdəfəlik məhvinə nail olmaq üçün YPG ilə PYD-yə xaricdən göstərilən dəstəyin dayandırılmasını təmin etməlidir:

“Ümumiyyətlə nəzərə almaq lazımdır ki, istənilən terror hücumunun bədəli olmalıdır. O baxımdan, Türkiyənin İstanbulda törədilən terakta cavab olaraq, Suriyanın və İraqın şimalında YPG və PYD-yə qarşı növbəti hərbi əməliyyat keçirməsi məntiqlidir.

Doğrudur, İstanbul terrorunun məhz bu terror təşkilatları tərəfindən hazırlanıb həyata keçirilməsi tam dəqiqləşməsə də, onların mövcudluğu və fəaliyyəti Türkiyənin milli təhlükəsizliyinə təhdiddir.

Xatırlatmaq istərdim ki, Türkiyə son illərdə Suriyanın şimalında artıq dörd irimiqyaslı hərbi əməliyyat keçirib. Bu əməliyyatlar zamanı terrorçulara çox ağır zərbələr endirilib, onların dayaq bazaları dağıdılıb, çox sayda üzvü məhv edilib.

Buna baxmayaraq, keçirilən əməliyyatların nəticəsində YPG ilə PYD-nin tam məhvi, onların birdəfəlik sıradan çıxarılması baş verməyib. Çünki həmin terror təşkilatları bir sıra dövlətlər tərəfindən himayə edilir və onlara geniş dəstək verilir. Belə olmasaydı, Türkiyənin keçirdiyi əməliyyatlar YPG ilə PYD-nin sonunu gətirməli idi.

Ona görə də həmin təşkilatların birdəfəlik məhvini təmin etmək üçün YPG ilə PYD-yə xaricdən göstərilən dəstəyin dayandırılmasına nail olunmalıdır. Hər halda, Türkiyə hökuməti də bunun fərqindədir və yəqin ki adekvat addımlar bundan sonra da atılacaq”.

A.Zeynalov

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv