!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə müxalifətini təkrar “birləşdirən” FAKTOR: “Bu anlaşmada kənar güclərin təsirinin olduğu...” – REAKSİYA

!Reklam – Yazi

“Qərb dövlətləri Türkiyədə hakimiyyət dəyişikliyində çox maraqlıdırlar və bu yanaşmalarını əsla gizlətmirlər”.

Bu fikirləri Türkiyə müxalifətini birləşdirən “Altılı masa” formatının ötən həftəsonu parçalanmasından sonra birliyin dünən yenidən bərpa olunmasının səbəblərinə toxunan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Türkiyə müxalifətinin əsas qüvvələrinin təkrar bir araya gəlmələrində xarici təsir amili önə çıxır:

“Bir neçə gün əvvəl İYİ partiyanın sədri Meral Akşenərin “Altılı masa”nı tərk etməsindən sonra bu formatın dağılacağı haqda daha əvvəldən verilən proqnozlar bir daha xatırladıldı. Doğrudan da, bir sıra siyasətçi və təhlilçilər hələ bir il əvvəl “masa”nın dağılacağını proqnozlaşdırırdılar.

Amma dünən format təmsilçilərinin günboyu davam edən müzakirələrindən sonra Akşenər təkrar “masa”ya döndü. Onun bu qərarına təsir edən məqam isə “Altılı masa”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun seçiləcəyi təqdirdə, İstanbul və Ankara bələdiyyə sədrlərinin vitse-prezident postlarına gətirilməsi oldu.

Əslində, Türkiyədə mövcud idarəetmə sistemində Akşenərin dəstəklədiyi bələdiyyə sədrlərinin vitse-prezident vəzifəsinə gətirilmələrinin nəyi dəyişəcəyi anlaşılmasa da, razılaşma məhz bu məqam üzərində əldə edildi.

Təbii, İYİ partiyanın liderinin “masa”da olmadığı iki-üç gün ərzində formata daxil olan partiya təmsilçiləri arasında hətta etik çərçivələri aşan söyüşlü polemikadan sonra barışığın baş tutmasının gerçək səbəbi çox maraqlı görünür.

Bildiyiniz kimi, Qərb dövlətləri Türkiyədə hakimiyyət dəyişikliyində çox maraqlıdırlar və bu yanaşmalarını əsla gizlətmirlər. Qərb diplomatlarının, müxtəlif emissarlarının Türkiyə müxalifəti ilə açıq-gizli intensiv təmasları da hər kəsə məlumdur.

O baxımdan, “Altılı masa”nın tam heyətlə bərpasında məhz Qərb dövlətlərinin birbaşa təsirinin olduğu nəinki istisna deyil, hətta çox inandırıcıdır. Dünən bu barədə fikir bildirən Türkiyə ekspert camiəsinin bir çox təmsilçiləri də barışıqda Qərb dövlətlərinin rolunun həlledici olduğunu bildirirdilər.

Bu da onu göstərir ki, ABŞ başda olmaqla Qərb koalisiyası Türkiyədə hakimiyyətin dəyişməsi üçün bacardığını edəcək.

Ərdoğanın və bütövlükə AKP iqtidarının bu həmləyə cavabının necə olacağı da yəqinki yaxın günlərdə bilinəcək”.

A.Zeynalov

www.yenicag.az

1920
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv