!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ordusu 45 terrorçunu məhv etdi

!Reklam – Yazi

Terrorçular tərəfindən edilən xain hücumdan sonra başladılan əməliyyatlarda İraqın şimalında 36, Suriyanın şimalında isə 9 olmaqla ümumilikdə 45 terrorçu zərərsizləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin ölkənin təhlükəsizlik şurasının toplantısına dair açıqlamasında bildirilib.

Qeyd olunub ki, bu mübarizə son terrorçu zərərsizləşdirilənə, İraq və Suriyadakı terror bataqlıqları tamamilə qurudulana qədər davam edəcək.

Toplantıda Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında aparılan “Pəncə-Kilid” əməliyyatı bölgəsində yanvarın 12-də törədilən xain terror aktı, terrorla mübarizə kontekstində atılan və atılacaq addımlar müzakirə edilib.

Xatırladaq ki, yanvarın 12-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə terror hücumu zamanı 9 hərbçi şəhid olub.

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv