!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Pakistan və İrana ÇAĞIRIŞ ETDİ

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Pakistan və İranı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Bildirilir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə telefon danışığı zamanı Pakistan və İranı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırıb.

Hakan iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə də telefon danışığı aparıb.

“Biz dost və qardaş İran, İraq və Pakistanı təmkin və tədbirlilik nümayiş etdirərək sakitliyi təmin etməyə çağırırıq”, – Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İran Xarici İşlər Nazirliyi bildirib ki, Hüseyn Əmir Abdullahian terrorçu qruplaşmalara qarşı birgə və qəti mübarizənin bütün region ölkələri üçün mühüm vəzifə olduğunu bəyan edib.

Xuraman Etibarlı

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv