!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə parlamentinə seçilmək şansı olan azərbaycanlılar: Onların namizədliyi təsdiq ediləcək? – SİYAHI

!Reklam – Yazi

Türkiyə Böyük Millət Məclisinə (TBMM) mayın 14-də keçiriləcək seçkilərdə Azərbaycan əsilli siyasətçilər də iddialarını ortaya qoyublar.

Yenicag.az xəbər verir ki, namizədlərin təsdiqlənməsi mərhələsinin davam etdiyi indiki dönəmdə azərbaycanlı iddialılar müxtəlif partiyaların tərkibində və ya müstəqil qaydada öz namizədliklərini irəli sürüblər.

Hazırda Türkiyə üzrə namizədliyini irəli sürmüş iddialıların namizədliklərinin təsdiq olunması prosesi davam edir.

Çox əlamətdardır ki, Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlamentin seçkilərində azərbaycanlı namizədlər də mübarizə aparacaq.

Prezident seçkilərində Sinan Oğanın namizədliyi artıq rəsmiləşsə də, parlament seçkilərinə qatılan azərbaycanlı iddialılar hələ ki namizədliyin təsdiqlənməsi mərhələsindədirlər.

Namizədliyi irəli sürülmüş soydaşlarımız arasında bir sıra iddialıların şansı xüsusilə yüksək qiymətləndirilir və onların millət vəkili seçilmələrinin Türkiyə üçün faydalı olacağı önə çəkilir.

Hazırda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xətti ilə 3 nəfərin –Adil Aşırım (İstanbuldan millət vəkilliyinə namizədliyə namizəd), Şamil Ayrım (İstanbuldan millət vəkilliyinə namizədliyə namizəd) və Asif Qurbanın (İzmirdən millət vəkilliyinə namizədliyə namizəd) namizədliyi irəli sürülüb.

Parlament üzvlüyü uğrunda mübarizəyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sıralarından qoşulan Esma Özörmenoğlu Antalyadan, Cavid Aydın isə Eskişehirdən millət vəkilliyinə namizədliyə namizəddir.

Seçilmək imkanları məqbul sayılan Settar Kaya İYİ Partiyanın xətti ilə Qarsdan, Zülfikar Aras Milli Yol Partiyasının (MYP) xətti ilə İzmirdən, Derya Akdemir isə İstanbuldan müstəqil şəkildə millət vəkilliyinə namizədliyə namizəddir.

Türkiyə parlamentinin ötən seçkilərdən sonra formalaşan tərkiblərində müxtəlif etnik qrupların, hətta ermənilərin belə azərbaycanlılarla müqayisədə daha çox sayda millət vəkili ilə təmsil olunmaları əlbəttə ki, üzücü və düşündürücü haldır. O baxımdan, millət vəkili qismində fəaliyyətləri Türkiyə dövlətinə fayda gətirəcək bu şəxslərin yolunun açılması və onlara dəstək verilməsi ciddi zərurət kimi qarşıya çıxır. Həm adları çəkilən partiyaların, həm də seçicilərin bunu nəzərə almaları çox vacibdir.

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv