Türkiyə parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti böyük heyətlə sentyabrın 18-19-da Azərbaycana səfərə gələcək.

Yenicag.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri strateji əhəmiyyət kəsb edir və regionun təhlükəsizliyi və sabitliyi üçün vacibdir.