Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə Prezident Adminstrasiyasından Zəfər günü paylaşımı

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi 30 Avqust Zəfər Bayramı ilə bağlı məlumat paylaşıb.

Paylaşımda, 30 Avqust Zəfər Bayramı çoşqusunun Cumhurbaşkanlığı Külliyəsində  və rəqəmsal ekran mərkəzlərində qeyd olunacağı bildirilib.

Eyni zamanda, 30 Avqust Zəfər Bayramı konserti və işıqlı PUA nümayişi @tcbestepe, İctimaiyyətlə Əlaqələr İdarəsinin  sosial media hesabları və TV kanallarından canlı yayımlanacaq.

30 avqust saat 20: 30-da Cumhurbaşqanlığı Külliyəsində bayram münasibəti ilə veriləcək konsertin ardından səmaya 300 PUA ilə böyük zəfər yazılacaq.

Türk millətinin “Qurtuluş” savaşındakı birliyinin, səfərbərliyinin, mübarizəsinin və zəfərinin simvolu olan fiqurlar səmada əks olunacaq.

30 Avqust Zəfərinin mənasını və əhəmiyyətini unutdurmamaq üçün Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi altında millətin apardığı mübarizə vizual texnologiyalardan istifadə edilərək rəqəmsal olaraq nümayiş olunacaq.

30 Avqust Zəfər Bayramı çərçivəsində keçiriləcək konsert və işıqlı PUA nümayişinin proqram və tezlik məlumatları aşağıda qeyd olunub.

Konsert:
Başlama saatı 20:30
Müddət: (75 dəqiqə)
Prezident Qvardiya Alayı Orkestr Komandanlığı
Milli Müdafiə Nazirliyi Mehtər Birliyi
Milli Müdafiə Nazirliyi Armoni Nəfəsli Orkestri Komandanlığı

PUA nümayişi:
Başlama saatı: 21:45
Müddət: 11 dəqiqə

Tezlik məlumatı:
Peyk: Türksat 3a
Tezlik: 10999 MHZ
Symbol Rate: 6666
Fec: 5/6
Pol: Üfüqi
B.W Mhz 9

www.yenicag.az

249