!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Prezidenti Özbəkistanda rəsmi səfərdədir - FOTO

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı ilə Özbəkistana rəsmi səfərə gəlib.

Yenicag.az xəbər verir ki, Türkiyə Prezidenti və xanımını İslam Kərimov adına Beynəlxalq hava limanında Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev və xanımı qarşılayıb.

Özbəkistan və Türkiyə prezidentləri hava limanından Daşkənd yaxınlığındakı “Yeni Özbəkistan” parkına gediblər.

Rəcəb Tayyib Ərdoğan Şavkat Mirziyoyevlə birgə parkı gəzib, buradakı Müstəqillik abidəsinə əklil qoyub.

Türkiyə Prezidenti “Yeni Özbəkistan” parkına gələn ilk xarici ölkə lideridir.

Dövlət başçılarının rəsmi görüşü martın 30-na nəzərdə tutulub.

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv