!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Qara dənizin 2,2 min metr dərinliyində nəhəng qaz rezervuarı quraşdırdı - FOTO

!Reklam – Yazi

Türkiyə Qara dənizin 2,2 min metr dərinliyində 280 tonluq qaz rezervuarı quraşdırıb. Əməliyyat 20 saat davam edib.

Beləliklə, Qara dəniz qazı quruya bir az da yaxınlaşıb: “Peçenek” adı verilən nəhəng paylayıcı rezervuar quyulardan gələn qazı toplayaraq, onu əsas boru kəmərinə birləşdirəcək.

Məlumata görə, akvatoriyada irimiqyaslı anbarın quraşdırılması cərrah dəqiqliyi ilə həyata keçirilib.

O da vurğulanır ki, Sakarya qaz yatağında Türkiyə Neft Şirkəti (TPAO) qruplarının işi, demək olar ki, gecə-gündüz davam edir.

Ekspertlərin hesablamalarına görə, Qara dənizin dibində yeni yataqların işlənməsi Türkiyənin idxal qazından asılılığının 30% azalmasına səbəb ola bilər./Oxu.az/

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv