Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə-Rusiya münasibətləri: tamam, yoxsa davam? - Soçi görüşündən gözlənənlər

Xəbər verildiyi kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 3-də Rusiyada səfərdə olacaq. Həmin gün Ərdoğan Rusiyalı həmkarı Vladimir Putinlə Soçidə bir araya gələcəklər. Bu görüşdə əsasən Suriyadakı vəziyyətlə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Soçi təmasları Türkiyə və Rusiya dövlət başçıları arasında cari ildə baş tutacaq ikinci görüş olacaq. Belə ki, bu il martın 10-da Putin Ərdoğanı Moskvada da qəbul etmişdi.

Soçi görüşündən nə gözləmək olar?

Politoloq Elşən Manafov Yeniçağ.az-a açıqlamasında bildirdi ki, Soçi görüşündə Moskva ilə Ankara arasında ticarət əlaqələri, Suriya məsələsi, habelə qardaş ölkənin Rusiya ilə hərbi əməkdaşlığı kimi məsələlər müzakirə obyekti ola bilər:

“Ərdoğanla Putin arasında Soçidə keçiriləcək görüşdə təbii ki, ilk növbədə tərəflər arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsilə bağlı məsələlər gündəmdə olacaq. Buna şübhə etmirəm. Həmçinin, Suriya probleminin çözülməsi istiqamətində danışıqlar aparılacaq. Bu da anlaşılandır. Ən nəhayət, güman edirəm ki, görüşdə tərəflər arasında ticarət dövriyyəsinin daha da genişləndirilməsilə bağlı məsələ də müzakirə obyektinə çevriləcək. Bütövlükdə əsas məsələ odur ki, Rusiya ilə Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi və Ankaranın Moskvadan yeni, daha modern silahların alınması istiqamətində danışıqlar da gedəcək. İstərdik ki, həmin görüşdə Qarabağ məsələsinə də toxunulsun. Amma bunun baş verəcəyi indilikdə inandırıcı görünmür. Çünki Rusiya ilə Türkiyə arasında mövcud olan hazırkı münasibətlər fonunda, Ankaranın Yaxın Şərq probleminin çözülməsilə bağlı Moskvaya ehtiyacı vardır, qardaş ölkə Qarabağ məsələsilə bağlı danışıqlarda daha ciddi mövqe sərgiləyə bilmir”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

371