!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə “SEÇKİ RELSİNDƏ”: Ərdoğan tarixi açıqladı – MÜHÜM QƏRAR / VİDEO

!Reklam – Yazi

Türkiyə Prezidenti ölkədə keçiriləcək prezident və parlament seçkilərinin tarixini təsdiqləyib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək prezident seçkilərinin tarixinin irəli çəkilməsi ilə bağlı qərarları imzalayıb.

Məlumata görə, Türkiyə prezidentinin qərarına əsasən, ölkədə prezident və parlament seçkiləri qarşıdakı iki aylıq müddətin ilk bazar günü – yəni mayın 14-də keçiriləcək.

Qeyd olunur ki, bu qərardan sonra Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK) qarşıdakı günlərdə seçki təqvimini açıqlayacaq.

Bundan başqa, Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələdən zərər çəkən 11 vilayətdə seçkilərin təşkilinə dair qaydalar müəyyənləşdiriləcək.

www.yenicag.az

809
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv