Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə səfiri “Ermənistan TIR-larına sərhəd açıldığı” iddiasını yalanladı

Bu gün bir sıra saytlarda Türkiyənin Ermənistan TIR-larına işçi vizası verməsi ilə bağlı xəbərlər yayınlanıb. 

Göksel Gülbey adlı şəxsə istinadən verilən xəbərdə Türkiyənin ildə 400 erməni TIR-larına Trabzon limanı üzərindən dünyaya açılım izni verdiyi iddia edilib. 

Yenicag.az-a açıqlamasında bu barədə yayılan iddiaları yalanlayan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib ki, “Təmsil etdiyim ölkənin Ermənistan TIR-larına sərhədi açdığına dair bəzi xəbər saytlarında yer alan xəbərlər həqiqəti əks etdirmir. Türkiyənin Tiflis Səfirliyində Ermənistan vətəndaşlarına işçi vizası verilməsi və bu sayədə Ermənistan dövlət nişanlı TIR-ların Trabzon limanından faydalanması müzakirə mövzusu belə deyil”.

Özoral Türkiyə ilə Azərbaycanın qardaş və strateji ortaqlığına diqqət çəkərək, hər iki ölkənin bu barədə həssas olduqlarını diqqətə çatdırıb. 

Yenicag.az xəbər verir ki, xəbərin qaynağı olan Göksel Gülbey 7 iyun 2015-cı il seçkilərində İğdırda azərbaycanlıların səslərinin bölünməsinə səbəb olaraq, nəticədə bu şəhərin iki millət vəkili yerinin də PKK-nın siyasi qanadı olan HDP-nin qazanmasına səbəb olan şəxslərdən biridir. 

Loading...

www.yenicag.az

11397
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100