!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə sənayesində 17 min robot istehsalla məşğul olur

!Reklam – Yazi

Türkiyə sənayesində istehsal prosesində 17 mindən çox robot iştirak edir.

Yenicag.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda məlumatı Türkiyə Roboder İdarə Heyətinin sədri Murat Race açıqlayıb.

O qeyd edib ki, texnologiyanın inkişafı ilə istifadə edilən sənaye tipli robotların sayı artır. Onun sözlərinə görə, sənayedə robotlardan istifadə istehsalda səmərəliliyin artırılması, xərclərin azaldılması və keyfiyyətin daha yüksək səviyyələrə daşınmasına imkan yaradır:

“Robotlar sənayeni daha rəqabətqabiliyyətli edir. Dünyada artan əmək xərcləri və inkişaf etməkdə olan ölkələr arasında bazarlar uğrunda rəqabət bir çox şirkətin məhsuldarlığını artırmaq üçün sənaye robotlarından istifadə etməsinə səbəb olur. Buna görə də robot sektoru sürətlə böyüyür. Sektorun qlobal bazar həcminin bu ilin sonuna kimi 70 milyard dollar həcmində olacağı gözlənilir. Qarşıdakı illərdə Türkiyədə də sənayedə istifadə edilən robotların sayı sürətlə artacaq. Xüsusən ixtisaslı kadr problemi olan sektorlarda robotlara tələb daha böyükdür. Hazırda robotlardan daha çox montaj və daşınma proseslərində, eləcə də təkrarlanma qabiliyyəti yüksək olan işlərdə istifadə edilir. Artıq qida sektorundan elektronika sektoruna qədər bir çox sahədə robotlardan istifadə edən fabrikləri görmək mümkündür”.

//sfera.az

 

 

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv