!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə siyasi partiyalarından döyüşlərlə bağlı BƏYANAT - FOTO

!Reklam – Yazi

Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan partiyalar Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, TBMM-də təmsil olunan 4 siyasi partiya – Hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya Ermənistanın təcavüzkar siyasətini pisləyən birgə bəyanat yayıb.

Ermənistanın atəşkəsi kobud şəkildə pozmasının və mülki əhalinin hədəfə alınmasının pisləndiyi bəyanatda Azərbaycanın ərazi bütünlüyünü təmin etmək məqsədilə həyata keçirdiyi müdafiənin TBMM siyasi partiya qrupları tərəfindən dəstəkləndiyi qeyd edilib.

“Beynəlxalq aləmi bu günə qədər Ermənistanın işğalı və məsuliyyətsiz davranışları səbəıbilə ziyan çəkmiş Azərbaycanın yanında olmağa dəvət edirik”, – deyə bəyanatda bildirilib.

www.yenicag.az

432
Ads
www.veteninfo.com
!Reklam – Arxiv