!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə Suriyanın şimalında yeni əməliyyata başlasa...” – Pentaqondan AÇIQLAMA

!Reklam – Yazi

ABŞ Türkiyənin Suriyanın şimalında yeni əməliyyat keçirməyinə qarşı olduğunu bir daha bəyan edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Dana Stroulun Vaşinqtonda jurnalistlərə açıqlamasında qeyd olunub.

Dana Stroul bildirib ki, Türkiyəni Suriyanın şimalında növbəti hərbi əməliyyat keçirməkdən çəkindirmək mümkün olmayıb:

“Biz Türkiyənin Suriyanın şimalında istənilən hərbi əməliyyatına qəti şəkildə qarşıyıq və bu məsələdə Ankaraya açıq şəkildə etiraz etmişik.

Türkiyə hərbi əməliyyata başlayacağı təqdirdə, Suriya Demokratik Qüvvələri (əsasən, PKK/YPG terrorçuları – red.) sakinləri havadan və ya qurudan qorumaq üçün şimala yönəlsə, İŞİD o ərazilərə hücum edə bilər.

Belə bir əməliyyat ABŞ qüvvələrinin İŞİD-ə qarşı qlobal mübarizəsini təhlükəyə atacaq və Suriyadakı zorakılıq meyllərini artıracaq. Təzyiq altında olarsa, SDQ başqa ölkələrin himayəsinə keçə, Suriya, Rusiya və hətta İranla əməkdaşlıq edə bilər”.

USAİD-in icraçı direktorunun köməkçisi Endryu Pitt isə Türkiyənin yeni əməliyyata başlayacağı halda yarım milyon insanın qaçqın düşə biləcəyini vurğulayıb:

“Türkiyəni sakitləşdirmək üçün çox intensiv diplomatik addımlar atılır və Ankaraya belə bir əməliyyatın regionda sabitliyi poza biləcəyi xatırladılır”.

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv