!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə terrorçulara göz açdırmır

!Reklam – Yazi

Bu ilin əvvəlindən Türkiyə Silahlı Qüvvələri bölgədə keçirdiyi 18 əməliyyat çərçivəsində terror təşkilatlarının 316 üzvünü zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri mayor Pınar Kara deyib.

Onun sözlərinə görə, 2015-ci ilin 24 iyul tarixindən (terrorla mübarizənin yeni mərhələsi başlayan zaman – red.) bu günə qədər regionda, o cümlədən İraqın şimalında və Suriyada 33 584 terrorçu zərərsizləşdirilib.

P.Kara vurğulayıb ki, “Fərat Qalxanı”, “Zeytun budağı”, “Sülh çeşməsi” və “Bahar Qalxanı” əməliyyatları sayəsində Suriyanın şimalından gələn terror təhlükəsinin qarşısını böyük ölçüdə almaq mümkün olub.

Mətbuat xidmətinin rəhbəri xatırladıb ki, Türkiyə Silahlı Qüvvələrinin səyləri nəticəsində Suriyanın bir sıra bölgələrində təhlükəsizlik təmin edilib və bu, bir milyondan çox suriyalının könüllü olaraq öz torpaqlarına qayıtmasına şərait yaradıb. Eyni zamanda, onlardan 470 mindən çoxu İdlib deeskalasiya zonasında yerləşib./Trend/

www.yenicag.az

454
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv